
Türkiyəli hüquq müdafiəçisi qadınlara qarşı zorakılığın qarşısını almaq üçün görülən işlərdən danışıb
"Bu gün Türkiyədə qadınlara qarşı zorakılığın qarşısını almaq üçün 7/24 saat fəaliyyət göstərən proqramlar tətbiq edirik".
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Türkiyə Qadın Hüquqları Federasiyasının prezidenti Canay Güllü noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfrans çərçivəsində baş tutan əlavə paneldə bildirib.
Onun sözlərinə görə, 1923-cü ildən bu günədək Türkiyənin bütün sahələrində qadınların xüsusi rolu olub: "Biz 37 ildir Türkiyədə qadın hüquqlarını müdafifə edirik. Qadın hərəkatları Türkiyədə bir çox uğurlara imza atıb. Qadın hüquqlarını müdafiə edən və cins fərqi qoymayan təşkilatlar mütləq dövlət təşkilatları ilə paralel və birlikdə işləməlidirlər. Bizim üçün önəmli olan qadın hərəkatları ilə dövlət qurumlarının dialoqunu təşkil etməkdir. Biz dövlət qurumları və bələdiyyələrin rəhbərliyində qadınların təmsil olunmasını istəyirik. Bununla bağlı analizlər aparırıq. Baş verən zorakılıqların qarşısını almaq üçün planlar hazırlayırıq".