
Türkiyədə helikopter qəzasında ölən 3 pilotun meyiti tapılıb - YENİLƏNİB
Türkiyənin İzmir vilayətinin Menderes rayonunda qəzaya uğrayan helikopterdə olan 2 qırğız və 1 Türkiyə vətəndaşının meyiti tapılıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Göyərtəsində 4 pilotun olduğu helikopter Tahtalı su anbarından su götürərkən qəzaya uğrayıb.
Pilotlardan biri olan Erkin İsabekov sahilə üzə bilib, daha sonra onu xilasedicilər tapıblar.