Türkiyə Silahlı Qüvvələri şəhid verib

Türkiyə Silahlı Qüvvələri şəhid verib

28 Oktyabr 2024

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Pənçə-Kilit əməliyyat bölgəsində iştirak edən hərbçisi şəhid olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Kander Babür adlı hərbçinin səhhəti oktyabrın 25-də pisləşib. O yerləşdirildiyi xəstəxanada bu gün şəhid olub.