Türkiyə sərhədini qanunsuz keçmək istəyən FETÖ-çülər saxlanılıb

Türkiyə sərhədini qanunsuz keçmək istəyən FETÖ-çülər saxlanılıb

30 Sentyabr 2023

Türkiyə sərhədçiləri 2-si FETÖ-çü olmaqla sərhədi qanunsuz keçmək istəyən 8 nəfəri saxlayıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlar qanunsuz yolla Yunanıstana keçməyə cəhd göstəriblər. Araşdırma zamanı onlardan 2-sinin FETÖ terror təşkilatına mənsub olduğu üzə çıxıb.