Türkiyə sahillərində 84 qanunsuz miqrant xilas edilib
Türkiyənin Muğla şəhərinin Fethiye və Marmaris rayonları sahillərində 84 qanunsuz miqrant sahil mühafizə xidməti əməkdaşları tərəfindən xilas edilib.
Bu barədə NAXCİVANXEBERLERİ.COM yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, bununla bağlı iki xilasetmə əməliyyatı keçirilib. Qanunsuz miqrantlar Yunanıstanın Sahil Mühafizəsi tərəfindən Fethiye rayonu sahillərində Türkiyə ərazi sularına sıxışdırılıb. Türkiyənin sahil mühafizəsi əməkdaşları qanunsuz miqrantları xilas ediblər.
Onların hansı ölkənin vətəndaşları olduqları açıqlanmır.