Türkiyə Kosovaya hərbi qüvvə göndərir

Türkiyə Kosovaya hərbi qüvvə göndərir

03 İyun 2023

Türkiyə Silahlı Qüvvələrinin (SQ) 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına aid heyəti NATO-nun tərkibində Kosovaya yollanır.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qoşunların Kosovadakı Sultan Murat kazarmasında yerləşəcəyi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Kosovanın şimalında serblərlə NATO bölmələri toqquşma olmuşdu.