Türkiyə klubu 67 oyuna 20 baş məşqçi ilə yollarını ayırıb

Türkiyə klubu 67 oyuna 20 baş məşqçi ilə yollarını ayırıb

03 Oktyabr 2023

Türkiyənin "Adıyaman" futbol klubu maraqlı göstəriciyə imza atıb.

NAXCİVANXEBERLERİ.COM yerli mətbuata istinadən xəbər verir ki, komanda 2-ci liqada (səviyyəcə üçüncü) keçirdiyi 67 oyun ərzində 20 baş məşqçi ilə yollarını ayırıb.

Klub son olaraq bu gün Tuğrul Metinlə vidalaşıb.

6 turdan sonra 19 kollektiv arasında 4 xalla 15-ci pillədə qərarlaşan "Adıyaman" bu müddətdə isə üç mütəxəssisi istefaya göndərib.