
Türkiyə Daxili İşlər Nazirliyinin yaxınlığında partlayış baş verib
Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyimizin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısında iki terrorçu bombalı hücum həyata keçirib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata görə, hadisə zamanı 2 polis xəsarət alıb.
Partlayışdan əvvəl 4 atəş səsinin eşidildiyi bildirilir.