Türkiyə Baş Prokurorluğu Ankaradakı terror aktı ilə bağlı araşdırmalara başlayıb -

Türkiyə Baş Prokurorluğu Ankaradakı terror aktı ilə bağlı araşdırmalara başlayıb - YENİLƏNİB

01 Oktyabr 2023

Türkiyə Baş Prokurorluğu Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı ilə bağlı araşdırmalara başlayıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə prokurorluğun açıqlamasında bildirilir.

Bundan əlavə, Ankaranın cinayət məhkəməsi mediaya yayım qadağası tətbiq etmək qərarına gəlib. Qadağa istintaqa xələl gətirə biləcək və ya ictimai iğtişaşlara səbəb ola biləcək məlumatların mediada dərcinə şamil edilir.

Qeyd edək ki, bu gün səhər saatlarında iki terrorçu Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayıcını işə salıb. Qısamüddətli atışmadan sonra terrorçulardan biri zərərsizləşdirilib. Hadisə nəticəsində iki polis əməkdaşı xəsarət alıb.