Türk Hava Yolları İstanbuldan bütün ucuşları 3 saatlığa ləğv edib

Türk Hava Yolları İstanbuldan bütün ucuşları 3 saatlığa ləğv edib

01 Noyabr 2023

Türk Hava Yolları sistemli texniki nasazlığa görə yerli vaxtla 19:00-22:00 aralığında İstanbuldan olan bütün uçuşları ləğv edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə aviaşirkətin nümayəndəsi Yəhya Üstyun “X” sosial şəbəkəsində məlumat verib.

“Müvafiq bölməmiz şəbəkə infrastrukturu ilə bağlı problemlərin səbəb olduğu biletlərin satışı və rezervasiyalarında yaranan problemləri aradan qaldırmaq üçün işlərini davam etdirir. Mövcud vəziyyətlə bağlı ən son məlumatları paylaşmağa davam edəcəyik”, - o yazıb.