Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları hansılardır? -

Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ

06 Dekabr 2024

Sual: Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları hansılardır?

Cavab: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 81-ci maddəyə əsasən:

Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları aşağıdakılardır:

torpaqdan təyinatı üzrə istifadə etmək;

qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək;

torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;

torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq;

torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq;

Torpaq Məcəlləsində və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək;

qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək.

Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi,III dərəcəli hüquqşünas - Yaqub Salamzadə