Torpaq hərraclarının şəffaf və rəqabətli mühitdə keçirilməsi təmin olunacaq

Torpaq hərraclarının şəffaf və rəqabətli mühitdə keçirilməsi təmin olunacaq

19 İyun 2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində“Hərracların TəşkiliMərkəzi”publik hüquqi şəxs tərəfindən 16 iyul 2024-cü il tarixdə saat 11:00-da muxtar respublikanın 7 bələdiyyəsi üzrə 8 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sahibkarlıq fəaliyyəti üçün hərraca çıxarılacaq torpaq sahələrinin ilkin qiymətləri müvafiq ərazilər üzrə torpaq sahələrinin bazar qiyməti nəzərə alınmaqla müəyyənləşdirilib.

Hərracda iştirakla bağlı ərizələr Naxçıvan şəhəri, 8-ci küçə, 1/5A ünvanında “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin Torpaq müsabiqə və hərrac komissiyasında 20 iyun 2024-cü il tarixdən 12 iyul 2024-cü il tarixədək saat 9:00-dan 18:00-dək qəbul ediləcəkdir. 

“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs hərracın şəffaf və rəqabətli mühitdə keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.

Hərraca çıxarılan torpaq sahələrinin və hərracda iştirakla bağlı tələb olunan sənədlərin tam siyahısı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet və sosial media hesablarında tanış olmaq mümkündür.