
Tofiq Ağababayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Tofiq Məmmədəli oğlu Ağababayev “Şöhrət” ordeni ilə təltif edilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, sentyabrın 8-də Tofiq Ağababayevin 95 yaşı tamam olub.