"Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları" təsdiqlənib

"Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları" təsdiqlənib

03 İyun 2023

Fövqəladə Hallar Nazirliyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nı təsdiq edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov qərar imzalayıb.

Nazirliyin Hüquq idarəsi qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etməli, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi isə qərarı Hüquq idarəsinə və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə çatdırmalıdır.