“Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası” dəyişib

“Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası” dəyişib

10 İyul 2024

Nazirlər Kabinetinin 3 noyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nda dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan orqanların (qurumların) Siyahısı”na Daxili İşlər Nazirliyi əlavə edilib.