
“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb - FƏRMAN
“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmanla Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların siyahısına əlavə olunub.