TƏBİB: "Qrip əleyhinə peyvənd olunmaq üçün müraciət edənlərin sayı çoxdur"

TƏBİB: "Qrip əleyhinə peyvənd olunmaq üçün müraciət edənlərin sayı çoxdur"

18 Dekabr 2023

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qrip əleyhinə peyvəndlənmək üçün müraciət edənlərin sayının çox olduğunu bildirib.

NAXCİVANXBEERLERİ.COM məlumat verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycana gətirilən qrip əleyhinə peyvəndlərin vurulması prosesinə yeni başlanılsa da, müraciətlərin sayı çoxdur. İlin sonunda statistik rəqəmləri dəqiq demək olar", - TƏBİB sədri qeyd edib.

V.Qurbanov bildirib ki, ölkədə qızılca əleyhinə aidiyyəti səhiyyə orqanları tərəfindən lazımi addımlar atılır: "Xəstə sayı ilə bağlı vəziyyət stabildir. Gərginliyə səbəb olacaq hal müşahidə olunmur. Səhiyyə Nazirliyi tərəfindən vaksinasiya ilə bağlı da ciddi addımlar atılır, TƏBİB-in tabeli müəssisələrdə də peyvənd vurulması yüksək səviyyədə həyata keçirilir. Qızılca ilə əlaqəli həm ambulator, həm də stasionar şəraitdə müalicə alan şəxslərə ciddi nəzarət olunur".