TƏBİB: “Qızılcaya yoluxanları evdə, öz bildikləri kimi müalicə etmək düzgün deyil”

TƏBİB: “Qızılcaya yoluxanları evdə, öz bildikləri kimi müalicə etmək düzgün deyil”

08 Dekabr 2023

Qızılcaya yoluxan xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə edilmələri düzgün hesab edilmir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, xəstəyə ixtisaslı həkimlərin baxmağına ehtiyac var:

“Bu xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə etmələri düzgün hesab edilmir. Tibb müəssisələrimiz də buna hazırdır. İstənilən sayda ambulator şəraitdə xəstə də qəbul edə bilirik”.

TƏBİB sədri həmçinin qızılca ilə bağlı valideynlərə çağırış edib:

“Valideynlər və vətəndaşlar övladlarında qızılca ilə bağlı hansısa simptomun olduğu görəndə tibb müəssisələrimizə müraciət etsinlər”.