Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna yeni icraçı direktor təyin olunub

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna yeni icraçı direktor təyin olunub

29 Sentyabr 2023

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev instituta icraçı direktor təyin edilib. 

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Vəli Baxşəliyevin illərdir davam edən Azərbaycan-ABŞ və Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyalarının Azərbaycan üzrə rəhbəri, həmçinin AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyasının rəhbəridir. 30-u kitab və monoqrafiya olmaqla, 300-dən artıq elmi əsərin müəllifidir. O, yeni təyinata qədər alim Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.