Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb

08 Oktyabr 2024

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mərasim Türk Dövlətləri Təşkilatı və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin Şuşada keçirilən IV iclası çərçivəsində baş tutub.

Sənəd Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında imzalanıb.