Stoltenberq NATO-nun regional ittifaq olaraq qalacağını bildirib

Stoltenberq NATO-nun regional ittifaq olaraq qalacağını bildirib

28 Noyabr 2023

“Alyans regional ittifaq olaraq qalacaq, lakin qlobal çağırışlara cavab vermək üçün Hind-Sakit okean regionundakı tərəfdaşlarla işləməlidir”.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin iclasının birinci gününün yekunlarına dair mətbuat konfransında deyib.

“NATO Avropa və Şimali Amerikanın regional ittifaqı olaraq qalacaq, lakin biz qlobal problemlərlə üzləşirik və dəyərlərimizi, maraqlarımızı müdafiə etmək üçün Hind-Sakit Okean regionu da daxil olmaqla tərəfdaşlarla daha sıx işləməliyik”-deyə, o bildirib.