Son on ayda 33 min uşağa reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri yanvar-oktyabr aylarında 18 yaşadək əlilliyi olan 33 min şəxsə reabilitasiya xidmətləri göstərib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumatda qeyd olunub ki, onlardan 1,7 min nəfəri stasionar, 22 mindən çox nəfəri ambulator, digərləri icma əsaslı, onlayn, ippoterapiya, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Bu kateqoriyadan olan uşaqlar hazırda agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.