Səudiyyə Ərəbistanı ilə Çin arasında valyuta mübadiləsi sazişi imzalanıb

Səudiyyə Ərəbistanı ilə Çin arasında valyuta mübadiləsi sazişi imzalanıb

20 Noyabr 2023

Səudiyyə Ərəbistanı və Çinin mərkəzi bankları milli valyutalarda svop sazişi bağlayıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Səudiyyə tənzimləyicisinin öz saytında dərc olunmuş bəyanatında deyilir.

Tərəflərin milli valyutaları dəyişdirə biləcəkləri svop xəttinin həcmi 50 milyard yuan təşkil edir ki, bu da təqribən 6,97 milyard ABŞ dollarına bərabərdir.

Müqavilə üç illikdir. Mərkəzi banklar arasında valyuta mübadiləsi likvidlik çatışmazlığından qorunmaq üçün bir vasitədir. Bu, hər bir tərəfə valyuta bazarlarında onu satın almadan başqa ölkənin valyutasında likvidliyə çıxış əldə etməyə imkan verir.