Səs verərkən seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi məcburidirmi? -

Səs verərkən seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi məcburidirmi? - HÜQUQ MƏSLƏHƏTİ

01 Avqust 2024

Sual: Səs verərkən seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi məcburidirmi?

Cavab: Seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbidir. Belə ki, Seçki Məcəlləsinin 104.6-cı maddəsinə əsasən seçiciyə seçki bülleteni vermədən öncə onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsi gözə görünməyən mürəkkəblə işarələnməlidir. Barmağının işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilmir və ondan seçki məntəqəsini tərk etməsi tələb olunur. Bu barədə seçici siyahısında "işarələnmədən imtina etdi" qeydi aparılır. Seçici razılaşarsa, seçicinin sol əlinin baş barmağı işarələnir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov