Şərur Şəhər Peşə Liseyində "Baytar-texniki" ixtisası yaradılıb - FOTO
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ına əsas proritet hədəflərdən biri də muxtar respublikada peşə təhsilinin əhatəsinin genişləndirilməsidir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, proqrama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Şərur Texniki Peşə və Sürücülük məktəbinin bazasında Şərur Şəhər Peşə Liseyi yardılıb. Liseydə 2024-2025-ci tədris ilindən yeni ixtisaslar yaradılıb ki, onlardan biri də "Baytar-texnik " ixtisasıdır.
Yeni ixtisasda tələbələr heyvanların anatomiyası, fizologiyası yetişdirilməsi, xəstə heyvanların müalicəsi, heyvanların keçici xəstəliklərin qorunması ilə bağlı təcrübi biliklərə yiyələnəcəklər.
3 illik ixtisası bitirdikdən sonra məzunlar müstəqil şəkildə heyvanların müayinə edilməsi və xəstəliklərə qarşı mübarizə üsullarını tətbiq edə, həmçinin baytar həkimlərin və baytar cəhrrahların yanında köməkçi vəzifəsində çalışa biləcəklər.