Sərhədlərin delimitasiyası üzrə komissiyaların əsasnaməsinə bu tarixdə baxılacaq

Sərhədlərin delimitasiyası üzrə komissiyaların əsasnaməsinə bu tarixdə baxılacaq

24 Sentyabr 2024

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə ilə bağlı mövqeyini bildirəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan məlumat verib.

Məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Bundan əvvəl sənəd Ermənistan hökumətinin iclası zamanı təsdiq edilib. Sənəd Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə əldə olunduqdan sonra parlamentdə müzakirə ediləcək.