![Serbiya Prezidenti COP-29-a dəvət edilib](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/serbiya-prezidenti-cop-29-a-devet-edilib-1713286215.jpg)
Serbiya Prezidenti COP-29-a dəvət edilib
Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, dövlət başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.
Prezident Aleksandr Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.