Səhiyyə Nazirliyi: "Qızılcaya yoluxmanı azaltmaq üçün əhali arasında kütləvi immunitet formalaşmalıdır"

Səhiyyə Nazirliyi: "Qızılcaya yoluxmanı azaltmaq üçün əhali arasında kütləvi immunitet formalaşmalıdır"

06 Dekabr 2023

"Qızılcaya yoluxmanı azaltmaq üçün əhali arasında kütləvi immunitet formalaşmalıdır".

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.

“Bu gün xəstəliyə yoluxma sayının artması səbəblərindən biri vaxtı ilə valideynlərin peyvənddən imtinası, yaxud şişirdilmiş göstərişlərlə peyvənd vurdurulmamasıdır. Nəzərə almaq lazımdır ki, qonşu ölkələrdən gəlmə hallarına ölkəmizdə münbit şəraitin olmaması üçün peyvənd vurulması mütləqdir. COVID-19 dövründə peyvəndlərə inamsızlıqla bağlı müəyyən təbliğat aparılırdı. Lakin unutmamalıyıq ki, peyvəndlər bir çox uşaq ölümlərinin qaşrısını alır. Odur ki, hələ də gec deyil, vaxtında peyvənd olmaq lazımdır. Yaşayış yeri üzrə uşaq poliklinikalarına müraciət etməklə qızılca əleyhinə peyvənd vurdurmaq olar”, - infeksionist əlavə edib.