Səhiyyə Nazirliyi qızılca ilə bağlı valideynlərə çağırış edib

Səhiyyə Nazirliyi qızılca ilə bağlı valideynlərə çağırış edib

06 Dekabr 2023

Peyvənd nəticəsində qızılcaya yoluxmanın sayında kifayət qədər azalma olub. Odur ki, peyvənd kifayət qədər effektivdir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.

O xatırladıb ki, Milli təqvim planında 11 infeksiyanın idarə olunması yer alıb: “Qızılca peyvəndi də həmin sıradadır. Valideynlərə çağırış edirəm ki, övladlarınızı vaxtında peyvənd təqviminə uyğun şəkildə vaksinasiyadan keçirin”.