"Şəhidlər zirvəsi" filminin təqdimatı keçirilib - FOTO

"Şəhidlər zirvəsi" filminin təqdimatı keçirilib - FOTO

03 İyun 2023

Naxçıvan şəhərindəki "Gənclik mərkəzində" keçirilən təqdimatda "Şəhidlər zirvəsi" layihəsinin rəhbəri Vaqif Şahsuvarov qeyd edib ki, 7 noyabr 2022-ci ildə Əlincə qalasında "Şəhidlər zirvəsi"ni yaratdıq. "Şəhidlər zirvəsi"ni yaratmaqda məqsəd şəhidlərimizin xatirəsini yaşatmaq, onları daim xatırlamaqdan ibarətdir. Bildirilib ki, Əlincə qalasının turizm əhəmiyyətini də nəzərə alsaq zirvənin burda yaradılmasında digər məqsəd şəhidlərimizi həm də bura gələn turistlərə tanıtmaqdır.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, sonra film iştirakçılara nümayiş olunub. Filmdə Vətən müharibəsi zamanı şəhidlərimizin göstərdiyi qəhrəmanlıq nümayiş olunub, "Şəhidlər zirvəsi"nin yaradılmasından bəhs olunub. Filmin müəllifi Vaqif Şahsuvarov, rejissoru Nazim İmanov, bəstəkarı Fərahim Sadiq, operatoru isə Şahin Məmmədovdur.
Sonra, şəhid valideynləri və qazilər çıxış edib. Qeyd olunub ki, "Şəhidlər zirvəsi"nin həm də rəmzi mənası var. Bu zirvə qəhrəmanlıq, fədakarlıq və cəsarət nümayiş etdirir. Şəhid ailələri şəhidlərimizin xatirəsini yaşadan "Şəhidlər zirvəsi"nin yaranmasında əməyi keçənlərə təşəkkür ediblər.
Tədbirdə millət vəkili Cəbi Quliyev, Ali Məclisin deputatı Etimad Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiə naziri Ceyhun Cəlilov, Naxçıvan Universitetinin rektoru Anar Kazımov, Mədəniyyət nazirinin müavini Həsən Kərimov, "Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli və digər rəsmi şəxslər çıxış ediblər.
Tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, tələbələr və kursantlar iştirak edib.