Şəhid və qazi ailələri, Vətən müharibəsinin iştirakçıları üçün iftar süfrəsi təşkil edilib -

Şəhid və qazi ailələri, Vətən müharibəsinin iştirakçıları üçün iftar süfrəsi təşkil edilib - FOTO

19 Mart 2024

Martın 18-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi səhiyyə sahəsində çalışan şəhid və qazi ailələrini, Vətən müharibəsinin iştirakçılarını bir araya toplayaraq iftar süfrəsi təşkil edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, əvvəlcə ümumilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizn əziz ruhları bir dəqidəlik sükutla yad edilib, Dövlət Himni səslənib.
Tədbirin açılışında qeyd olunub ki, on bir ayın sultanı olan Ramazanda insanlar bir ay boyunca oruc tutur, günahların bağışlanması, duaların qəbul olunması üçün əllərini haqqın dərgahına açırlar. Müsəlmanlar bir süfrə ətrafında toplaşaraq ruzilərini bölüşür, Ramazan ayının müqəddəs adətlərini icra edərək yaşadır, doğmalarını, xüsusi qayğıya ehtiyac olanları, həssas qəbildən olanları ziyarət edirlər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın Sədri Sahib Məmmədov müqəddəs Ramazan ayının fəzilətləri haqqında fikirlərini bölüşüb, Qurandan ayələr səsləndirib.

İftardan sonra şəhid ailə üzvlərinə söz verilib, onların ürək sözləri, Ramazan ayının gəlişi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrikləri dinlənilib. Tədbirdə həmçinin Vətənimizin igid oğulları sayəsində qazandığımız möhtəşəm qələbəmizə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Mənsurə Hümbətova