Səfir: “Kolumbiya qadınların hüquqlarının qorunmasında böyük nailiyyətlər əldə edib”

Səfir: “Kolumbiya qadınların hüquqlarının qorunmasında böyük nailiyyətlər əldə edib”

20 Noyabr 2023

“Kolumbiyada qadınlar cəmiyyətdə mühüm yer tuturlar”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Kolumbiyanın Azərbaycandakı səfiri Luis Fernando Kuartas Ayyala noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.

O, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün gender problemlərinin həllinin vacibliyini vurğulayıb: "Kolumbiya doğru yoldadır və qadınların hüquqlarının müdafiəsində böyük nailiyyətlər əldə edib. Əminəm ki, biz gələcəkdə bu sahədə bütün məqsədlərimizə nail olacağıq".