Seçki məntəqəsinə gələ bilməsəm necə səs verə bilərəm? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Səhhətimə görə və ya digər üzrlü səbəbdən seçki günü səs vermək üçün seçki məntəqəsinə gələ bilmədikdə necə səs verə bilərəm?
Cavab: Azərbaycan Respublikası Seçki Məcəlləsinin 105-ci maddəsinə əsasən seçki günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyən və¬tən¬daş¬ların daşınan seçki qutusu ilə səsvermə otağından kənarda səs vermək hüququ vardır.
Səs¬ver¬mə otağından kənarda səs vermək istəyən şəxs özü və ya digər şəxs vasitəsi ilə seçki gününə ən azı 24 saat qalmış bu barədə müvafiq məntəqə seçki komissiyasına ya¬zılı və ya şifahi müraciət etməlidir. Seçki günü məntəqə seçki komissiyasının azı 2 üzvü, müşahidəçilərin iştirakı ilə, daşınan seçki qutusunu göstərdiyiniz ünvana gətirir və beləliklə səsvermədə iştirak etmək hüququnuz təmin edilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov