Seçici siyahıları məlumat lövhələrində yerləşdirilib

Seçici siyahıları məlumat lövhələrində yerləşdirilib

01 Avqust 2024

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahıları məlumat lövhələrində yerləşdirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Qeyd edək ki, Seçki Məcəlləsinə görə, hər iki proses səsvermə gününə azı 35 gün qalanadək başa çatdırılmalı idi və buna görə də bu tarix iyulun 28-dək kimi müəyyən olunub.