Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququ pozularsa... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun və digər hüquqlarının pozulması hansı hallarda hüquqi məsuliyyət yaradır?
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən seçki komissiyasının üzvü tərəfindən vətəndaşların seçici siyahıları ilə tanış olmaq hüququnun pozulmasına, seçici siyahılarındakı yanlışlıqlar haqqında vətəndaşların ərizələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə baxılmamasına, qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov