Səccad Kərim: “Azərbaycan ərazilərinin minalardan təmizlənməsində böyük tərəqqi müşahidə olunur”

Səccad Kərim: “Azərbaycan ərazilərinin minalardan təmizlənməsində böyük tərəqqi müşahidə olunur”

25 May 2023

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi işində böyük tərəqqi müşahidə olunur”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Ağdamda jurnalistlərə "Haider Global BVBA" (Böyük Britaniya) şirkətinin icraçı direktoru Səccad Kərim deyib.

O, işğaldan azad edilmiş torpaqlara ilk səfərinin demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra, minatəmizləmə işlərinin yeni başlandığı vaxt olduğunu qeyd edib: “Bu gün mən minatəmizləmə işində böyük tərəqqinin əldə olunduğunu görürəm”.

Səccad Kərimin sözlərinə görə, minatəmizləmə prosesi başa çatdırılmadan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı və tam bərpası mümkün deyil.

“Burada hər gün əsl iş aparılır”, - o bildirib.