
Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi hansı məsuliyyətə səbəb olur?
Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun böyük köməkçisi I dərəcəli hüuquşünas - Elvin Qulusoylu