Sadır Japarov: "Azərbaycanla diplomatik münasibətlərin otuz illik tarixi strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə əlamətdardır"

Sadır Japarov: "Azərbaycanla diplomatik münasibətlərin otuz illik tarixi strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə əlamətdardır"

25 May 2023

Qırğız Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin otuz illik tarixi strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə əlamətdardır.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu fikirlər Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevə ünvanladığı məktubda yer alıb.

"Məmnunluqla qeyd edirəm ki, dostluğun və mədəni-dil oxşarlığının dərin tarixi kökləri Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin indiki xarakterini qabaqcadan müəyyənləşdirib.

Ölkələrimiz arasında diplomatik münasibətlərin otuz illik tarixi strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə əlamətdardır. Bu münasibətlər bizim birgə səylərimiz sayəsində xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və möhkəmlənəcək", - məktubda vurğulanıb.