“Sabah”ın baş məşqçisi: “Oyunun sonlarını yaxşı keçirmədik”
“İlk görüşdə olduğu kimi, bu dəfə də oyunun sonlarını yaxşı keçirmədik”.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu “Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev Şimali Makedoniya klubu “Rabotniçki”ni 83:81 hesabı ilə məğlub etdikləri FİBA Avropa Kuboku oyunu barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis əsas problemin təcrübəsizlik olduğunu bildirib: “Oyunçularımı təbrik edirəm. Onlar xüsusən də fasilədən sonra oyundan qopmadılar. İlk hissədəki səhvləri təkrarlamadılar. Fasilədə verdiyimiz qərarlar özünü doğrultdu. Oyunun axarını dəyişməyi bacardıq. Görüşün sonlarını yaxşı keçirməməyimiz komandanın avrokubok təcrübəsinin az olmasından irəli gəlir. Lakin daha yaxşı oyun sərgiləyəcəyimizə inanıram”.
Qeyd edək ki, A qrupunda yer alan “Sabah” sonuncu matçını oktyabrın 5-də Rumıniyanın “Rapid” klubuna qarşı keçirəcək.