![Sabahdan DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/sabahdan-dim-de-imtahan-protokollari-ve-cavab-vereqlerinin-emalina-baslanilacaq-1709470874.jpg)
Sabahdan DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq
Martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
Bu barədə NAXCİVANXEBERLERİ.COM-a DİM-dən bildirilib.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
Mənsurə Hümbətova