Rusiya XİN yüklərin Ağdam və Laçın yolu ilə Xankəndiyə eyni vaxtda keçirilməsini alqışlayır

Rusiya XİN yüklərin Ağdam və Laçın yolu ilə Xankəndiyə eyni vaxtda keçirilməsini alqışlayır

18 Sentyabr 2023

Rusiya Xarici İşlər Nazirliyi (XİN) yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçməsini alqışlayır.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat verilib.

“Sentyabrın 18-də Rusiya sülhməramlı kontingentinin və Rusiya XİN-in iştirakı ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri nəticəsində hər iki istiqamətdən eyni vaxtda regiona ərzaq və dərman yüklərindən ibarət partiyalar çatdırılıb. Biz maneəsiz və müntəzəm çatdırılmaların davam edəcəyini gözləyirik”, - məlumatda qeyd edilib.

Rusiya XİN rəsmi Bakı ilə Qarabağ bölgəsinin erməni sakinləri arasında dialoqun başlanmasına, eləcə də liderlər arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması haqqında 2020-2022-ci illərdə imzalanmış ən yüksək səviyyədə üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi üzrə ritmik işin bərpasının tərəfdarıdır: “Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıyıq”.