Rövşən Sadıxov Şərurda vətəndaşları qəbul edib - FOTO
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsini müvəqqəti icra edən Rövşən Sadıxov Şərur rayonunda vətəndaş qəbulu keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbuldan əvvəl Rövşən Sadıxov və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Şərur rayonu və ətraf kəndlərdən olan vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və infrastruktur məsələləri ilə bağlı olub.
Qəbul zamanı səsləndirilən bütün müraciətlər diqqətlə araşdırılıb, Agentliyin balansında olan yollarla bağlı şikayətlərin qısa müddətdə həll olunması üçün aidiyyəti struktur rəhbərlərinə tapşırıqlar verilib.