Rövşən Nəcəf “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclasında iştirak edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin iştirakı ilə “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, görüşdə gündəlikdə duran məsələlər, “SOCAR Türkiyə” və qrup şirkətlərinin fəaliyyəti, cari əməliyyatlar, strateji inkişaf planları və gələcək hədəflər müzakirə edilib.