Rövşən Nəcəf Azərbaycan millisinin yeni baş məşqçisi ilə görüşüb

Rövşən Nəcəf Azərbaycan millisinin yeni baş məşqçisi ilə görüşüb

13 İyun 2024

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Fernandu Santuş ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə yığmanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.

Söhbət zamanı həmçinin Azərbaycan futbolunun inkişafına dair planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.