
Rezidentura nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Rezidentura nədir?
Cavab: Rezidentura tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Rezidenturaya qəbul olmaq hüququna Azərbaycan Respublikasında əsas (baza ali) tibb təhsili almış şəxslər və ya xarici ölkələrdə təhsil almış və ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş şəxslər (namizədlər) malikdirlər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov