
Rəşad Məmmədov Monteneqro səfiri Perişa Kastratoviçi qəbul edib
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov monteneqrolu həmkarı Perişa Kastratoviçlə ölkələri arasındakı ikitərəfli münasibətləri, habelə yeni əməkdaşlıq fürsətlərini müzakirə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın Ankaradakı diplomatik missiyasının mətbuat xidməti sosial şəbəkədə bildirib.
“Səfir Rəşad Məmmədov Monteneqro səfiri Perişa Kastratoviçi qəbul edib. Görüşdə Azərbaycan və Monteneqro arasındakı ikitərəfli münasibətlər və yeni əməkdaşlıq fürsətləri ətrafında fikir mübadiləsi aparılıb”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomat Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci ilə ATƏT çərçivəsində əməkdaşlığı müzakirə etmişdi.