Rəqabət, xəbər bolluğu, yeniliklər -

Rəqabət, xəbər bolluğu, yeniliklər - Emin Tarverdiyev yazır

15 İyun 2024

9 il az müddət deyil, amma 9 ildə ayaq üstə durmaq, dayanmaq da hər bir xəbər portalına nəsib olmur.

Doğulduğu gün indiki kimi yadımdadı. Düz doqquz il əvvəl günün bəlkə də "partlayış" xəbəri idi. Çünki Naxçıvanda müstəqil medianın təməli qoyulmuşdu - 2015-ci ilin 15 iyununda.

Xeyli müddət Mehman Şabanov, sonra Elvin Budaqov, ardınca Seyfur Hacımuradov saytın rəhbərliyində oldular. Amma səmimi deyim ki, Mətin Kamalın baş redaktor gəlməyindən sonra fərqliliklər, yazılar, dizayn fərqliliyi özünü bariz şəkildə biruzə verməyə başladı.

Əsla keçmiş baş redaktorların haqqını danmaq və ya yerə vurmaq olmaz, çünki onlar dar çərçivədə nələrsə etməyə nail olublar. Və bu onların avtobioqrafiyasının qızıl hərfləridir.

Keçən dəfə də qeyd etmişdim, bu gün Naxçıvan mediası ən gözəl dövrünü yaşamaqdadır: Rəqabət, xəbər bolluğu, yeniliklər və s. Təbii ki, bu rəqabətdə "NAXÇIVANXƏBƏRLƏRİ"-nin də əməyi danılmazdır. Əsasən Muxtar Respublikada cərəyan edən hadisələri oxucusuna çatdıran bu saytın əməkdaşlarının gərgin əməyi sayəsində Naxçıvandan kənarda yaşayan, amma ürəyi bura ilə döyünənlər üçün əsl məbəd də sayıla bilər.

9 il az müddət deyil, amma 9 ildə ayaq üstə durmaq, dayanmaq da hər bir xəbər portalına nəsib olmur.

Bu gün "NAXÇIVANXƏBƏRLƏRİ" bizim tribunamızdı. Sözümüzün, yazımızın yer aldığı, dəyər verildiyi bir ev, ocaqdı. Ocağın(m)ızın alovu heç vaxt sönməsin, tüstüsü gözlər çıxarsın...

Ad günün(m)üz mübarək....

Emin Tarverdiyev

Bakıdan Naxçıvana...