Redaksiyamıza sual:

Redaksiyamıza sual: Yol polisi...

30 Oktyabr 2024

Sual: Yol Patrul Xidmətinin inspektoru dönmə işığından istifadə etmədiyim üçün avtomobili saxlayaraq mənə qayda pozuntusu törətdiyimi bildirdi. Lakin bununla bağlı hər hansı bir inzibati xəta haqqında protokol tərtib etmədi. Qeyd olunan xətanın törədilməsindən 3 gün keçdikdən sonra mənim barəmdə törətdiyim inzibati xətaya görə inzibati protokol tərtib edildi. Həmin protokolun tərtib edilməsinin qanuni olub-olmaması barədə nə deyə bilərsiniz?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.

Sualı cavablandırdı:Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Şahmar Həşimov