Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

05 İyul 2024

"Kimsə almanların formasında qartal var deyirmi? Fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə başçısı milli komandanın futbolçusu Merih Demiralın UEFA tərəfindən 2 oyunluq cəzalanmasına münasibət bildirib.

"Merih orada bu görüntü ilə həyəcanını nümayiş etdirib", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.