
Razi Nurullayev: “Seçilən prezident Azərbaycan xalqının gözləntisini doğruldacaq”
Xalqımızı bütün suveren ərazilərdə keçirilən ilk prezident seçkiləri ilə əlaqədar təbrik edirəm.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə bunu jurnalistlərə açıqlamasında prezidentliyə namizəd Razi Nurullayev deyib.
O, bildirib ki, seçilən prezident Azərbaycan xalqının gözləntisini doğruldacaq:
“Ümid edirəm və inanıram ki, Azərbaycan daha da güclənəcək. Azərbaycan bütün mövcud problemlərini də arxada qoyacaq. Azərbaycan xalqı da gözəl yaşayışı öz həyatlarında birmənalı olaraq hiss edəcək. Bu seçkilərin önəmi ondan ibarətdir ki, bütün Azərbaycan xalqı öz torpaqlarını azad görərək, ölkəsini suveren bilərək səs verdi”.
Mənsurə Hümbətova